Rusiya: Berbok BMT Baş Assambleyasına rəhbərlik edə bilməz

Dünya

09.05.2025 09:30

10

Rusiya diplomatları Almaniyanın xarici işlər naziri Annalena Berbokun BMT Baş Assambleyasının rəhbəri olmasına qarşı çıxıblar.

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

Onun sözlərinə görə, Berbokun əvvəllər verdiyi açıqlamalar və sərt mövqeyi onu bu vəzifəyə uyğun etmir.

Polyanski onun "rusofob" olduğunu və "qərəzli" davranışlar sərgilədiyini deyib.

O, həmçinin bildirib ki, bu narahatlıq yalnız Rusiyaya deyil, başqa BMT üzv ölkələrinə də aiddir.

Türkan İsgəndərli

tag: Almaniya,Berbok,BMT,Rusiya,todaypress.az,