Rusiya, Belarus və Tacikistan prezidentlərinin qeyri-rəsmi görüşü oldu

Dünya

15.03.2025 20:20

2652

Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon arasında qeyri-rəsmi görüş keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər dövlətlərarası münasibətlərin gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

Mayın 9-da Moskvada Böyük Vətən Müharibəsindəki Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində görüş razılaşdırılıb.

 

tag: Rusiya, Putin, Tacikistan, Belarus, Lukaşenko, todaypress.az,