Rusiya Avstraliyanın 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağladı
Dünya
29.10.2024 23:12
Moskva Avstraliya hökumətinin siyasi motivli
anti-Rusiya sanksiyalarına cavab olaraq bu ölkənin 131 vətəndaşının ölkəyə
girişini həmişəlik bağlayıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Kollektiv Qərbin” rusofobik kampaniyası çərçivəsində
Avstraliya hökumətinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq
etdiyi siyasi motivli sanksiyalara cavab olaraq, Avstraliyada anti-Rusiya
gündəmini formalaşdıran jurnalistlər və ictimai xadimlər, eləcə də hərbi-sənaye
kompleksi nümayəndələrinin yer aldığı 131 Avstraliya vətəndaşının Rusiya
Federasiyasına girişi həmişəlik bağlanıb” bəyanatda vurğulanıb.
Qurumdan əlavə edilib ki, rəsmi Kanberranın anti-Rusiya
kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiya tədbirləri tətbiq
etməyə davam etdiyini nəzərə alaraq, Rusiya da “stop-list”in yenilənməsi üzrə
işləri davam etdirəcək.
tag: Rusiya, Sansksiya, XİN, Kanber, Nota, todaypress.az,