Rusiya Avropa Nüvə Tədqiqatları Təşkilatı ilə əməkdaşlığı dayandırdı

Dünya

18.12.2024 18:24

2807

Rusiya ilə Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) arasında əməkdaşlıq müqaviləsi dekabrın 1-də ləğv edilib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

“Rusiya Federasiyası Hökuməti ilə CERN arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş ləğv edilib” məlumatda deyilir.

Eyni zamanda, Rusiya hökuməti ilə CERN arasında razılaşmanın protokoluna xitam verilib. 

Qeyd edək ki, bu sənədlər 2019-cu ilin aprelində Cenevrədə imzalanıb.

Günəş Mərd

tag: Rusiya ,XİN, Təşkilat, Əməkdaş ,todaypress.az,