Rusiya Avropa konvensiyasından çıxdı
Dünya
14.08.2024 16:58
Rusiya Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına xitam verib.
TodayPress xəbər verir ki, bu barədə məlumat Konvensiyanın rəsmi saytında yerləşdirilib.
“Rusiya Federasiyası adından 1996-cı il fevralın 28-də Strasburqda imzalanmış Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası Rusiya Federasiyası ilə konvensiyanın digər iştirakçıları arasında münasibətlərə xitam verir” sənəddə deyilir.
Qeyd edək ki, Rusiyada milli azlıqların müdafiəsi Rusiya Federasiyasının Konstitusiyası ilə təmin edilir, eyni zamanda federal mərkəzin və Rusiyanın bölgələrinin birgə yurisdiksiyasındadır.
Günəş Mərd