Rusiya Avopa İttifaqı (Aİ) ilə mübarizədə üstünlük qazandı

Dünya

22.10.2024 16:35

Rusiya Moldova və Gürcüstana təsir etmək üçün Avopa İttifaqı (Aİ) ilə mübarizədə tədricən üstünlük qazanıb. Bu, Avropa üçün ciddi mesajdır. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr qeyd edib ki, uzun illər Aİ əmin idi ki, onun liberal demokratik gündəliyi sonda Gürcüstan və Moldovanı Kremlin orbitindən uzaqlaşdıraraq Qərbə doğru yaxınlaşdıracaq. Lakin bu həftəki seçkilərin nəticələri Aİ-nin yanıldığını göstərir.

Belə ki, bazar günü Moldova minimum mümkün səslə Aİ üzvlüyünə səs verib - seçicilərin 50,4%-i lehinə olub. Məqalə müəllifləri Rusiyanın xeyli sayda Moldova seçicisini satın ala bildiyi və yalnız möcüzə nəticəsində rusiyayönlü düşərgənin qalib gəlmədiyi barədə çoxsaylı bəyanatlara istinad edir. Qəzet yazır ki, səsvermə ölkənin birliyini nümayiş etdirmək əvəzinə təhlükəli yeni demarkasiya xətti yaratdı.

Lakin şənbə günü Qafqaz ölkəsində seçkilərdə qalib gələcəyi gözlənilən populist “Gürcü arzusu” partiyası Aİ üzvlüyünü qeyri-mümkün edəcək qeyri-liberal proqram həyata keçirmək niyyətindədir.

"Qərb siyasətçilərinin ayılma vaxtıdır ki, Rusiyanın müharibəsi təkcə Ukrayna ilə məhdudlaşmır - bu, Moskvanın təsir edə biləcəyinə inandığı istənilən yerdə demokratik dünya ilə mübarizəyə yönəlib” deyə Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun eksperti İvana Stradner bildirib. 

Töhfə Səməd

tag: Rusiya, Moldova, Gürcü Arzusu, Kreml, Avropa İttifaqı, todaypress.az,