Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək

Dünya

02.10.2024 12:05

Rusiyanın “Aeroflot” aviaşirkəti İranın hava məkanının bağlanması ilə əlaqədar oktyabrın 2-nə planlaşdırılan SU524/525 Moskva - Dubay - Moskva reysini ləğv edib.

TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” aviaşirkətə istinadən məlumat yayıb.

Sərnişinlər digər təyyarə ilə yola düşəcəklər. Bu reys İranın hava məkanına daxil olmadan yerinə yetiriləcək.

“Aeroflot” qrupuna daxil olan “Rossiya” aviaşirkəti isə bildirib ki, oktyabrın 2-nə Dubaya planlaşdırılan iki reys İsrailin hava məkanından yan keçməklə yerinə yetiriləcək.

tag: Rusiya ,Aeroflot, İran ,Hava Məkanı ,Dubay ,SU524/525 Moskva ,todaypress.az,