Rusiya amerikalı jurnalistlərə cinayət işi açacaq
Dünya
20.08.2024 17:35
ABŞ-nin Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holms Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Diplomata ABŞ-dən olan jurnalistlərin Rusiya tərəfini məlumatlandırmadan Kursk vilayətinin ərazisinə qanunsuz daxil olması və oradakı fəaliyyəti ilə bağlı etiraz bildirilib.
Xarici İşlər Nazirliyi xüsusi olaraq qeyd edib ki, bu işdə iştirak edən Amerika vətəndaşları ilə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinə uyğun olaraq, onların məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq hərəkətləri aparılacaq.
Günəş Mərd
tag: ABŞ, Rusiya, Kursk,Stefani Holms,Rusiya Xarici İşlər Nazirliyi, todaypress.az,