Rusiya amerikalı jurnalisti həbs etdi
Dünya
19.07.2024 17:31
Amerikalı jurnalist Evan Qerşkoviç Rusiya məhkəməsi tərəfindən casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
“Wall Street Journalı”nın (WSJ) müxbiri ötən ilin martında Yekaterinburq şəhərində reportaj etmək üçün etdiyi səfərdə təhlükəsizlik xidmətləri tərəfindən həbs edilib. Prokurorluq onu Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) cəsusluq etməkdə ittiham edib.
Lakin Qerşkoviç də daxil olmaqla, WSJ və ABŞ bütün bu iddihamları rədd edib.
Qeyd edək ki, Vaşinqton rəsmi Moskvanın bunu xarici həbsxanalardakı Rusiya vətəndaşları ilə mümkün məhbus mübadiləsi üçün etdiyini iddia edib.
Töhfə Səməd
tag: Amerika, Yekaterinburq, Qerşkoviç, Moskva, todaypress.az,