Rusiya Almaniyanı Ukraynaya silah tədarükünü dayandırmağa çağırdı
“Almaniya Ukraynaya silah tədarükünü dayandırmalıdır”.
TodayPress xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev Almaniya kansleri Fridrix Mertsin “Ukrayna və Rusiya mayın 10-11-də 30 günlük atəşkəs barədə razılığa gələ bilər” bəyanatından sonra bildirib.
İvlev bildirib ki, Merts indiki beynəlxalq gündəmə inteqrasiya etməyə çalışır, lakin o, danışıqlar aparmalıdır.
Onun sözlərinə görə, Berlin Ukraynaya silah tədarükünü dayandırmayana qədər uzunmüddətli atəşkəsdən danışmaq mümkün deyil.
Deputat qeyd edib ki, onlar Rusiyanı 30 günlük atəşkəslə razılaşmağa məcbur etməyə çalışırlar ki, bu müddət ərzində Ukrayna “Leopard” tanklarının, “Marder” zirehli döyüş maşınlarının, “Patriot” zenit-raket komplekslərinin yeni partiyalarını ala bilsin.
Qeyd edək ki, bundan əvvəl Merts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Task Ukraynaya səfər ediblər.
Kiyevdə keçiriləcək sammitdə siyasətçilər 30 günlük atəşkəsin mümkünlüyünü müzakirə edəcəklər.
tag: Rusiya,Almaniya,Ukrayna,Silah,Todaypress.az,