Rusiya aktivlərindən Kiyevə milyardlıq yardım

Dünya

26.10.2024 17:45

“Böyük Yeddilik” (G7) liderləri Rusiyanın aktivlərindən Kiyevə təxminən 50 milyard dolların ayrılması ilə bağlı konsensusa gəliblər.

TodayPress xəbər verir ki, bu barədə G7-nin bəyanatında deyilir.

"Kredit vəsaitləri Ukraynaya büdcə, hərbi və yenidənqurma yardımını dəstəkləmək üçün bir neçə kanal vasitəsilə bölüşdürüləcək" deyə sənəddə bildirilib. 

Alyansın bəyanatına görə, maliyyə nazirləri bütün G7 tərəfdaşları arasında kreditlərin ardıcıllığını, koordinasiyasını, ədalətli bölüşdürülməsini və həmrəyliyini təmin edəcək texniki qərar haqqında razılığa gəliblər.

Töhfə Səməd

tag: Böyük Yeddilik, Rusiya, Kiyev, Ukrayna, Kredit, todaypress.az,