Rusiya aktivlərindən əldə edilən vəsaitlər Ukraynaya gedəcək
“Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən Ukraynanı daha çox hərbi texnika ilə təmin etmək üçün istifadə edəcək”.
TodayPress xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, bu çərçivədə artıq Ukraynaya və ona dəstək göstərən Aİ ölkələrinə vəsait göndərilib.
"Biz ilk dəfədir, birbaşa Ukrayna sənayesini maliyyələşdiririk. Artıq 1,4 milyard vəsait göndərilib" deyə Borrell qeyd edib.
Töhfə Səməd
tag: Avropa İttifaqı, Rusiya, Aİ, Ukrayna,Borrell, todaypress.az,