Rusiya Aİ-nin Ukraynaya vəsait ayırmasını şərh etdi

Dünya

12.05.2025 16:50

8

Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 900 milyon avro ayırmaq planını “silah və sursat oğurluğu” adlandırıb.   

TodayPress xəbər verir ki, bu barədə o, “Lenta.ru”ya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Aİ bu qərarla danışıqlar imkanını zəiflətməyə və hadisələrin dinc yolla deyil, hərbi yolla inkişafına zəmin yaratmağa çalışır. 

“Bu, oğurluqdur. Bundan sonra baş verənlər Avropada təhlükəsizliyi təmin etməyəcək, əksinə daha çox təhlükə yaradacaq” deyə o vurğulayıb.  Çepa bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi  ABŞ ilə aparılan görüşlərdə bu məsələni qaldırmalıdır. 

Xatırladaq ki, Aİ 2025-ci ilin sonuna qədər Ukraynaya silah və sursat alınması üçün dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlərdən 900 milyon avro ayırmağı planlaşdırır. 

 Aysel Mətləb

tag: Rusiya,Avropa İttifaqı,Ukrayna,Vəsait,Todaypress.az,