Rusiya ABŞ-yə xəbərdarlıq etdi
Dünya
11.01.2025 22:05
ABŞ-nın düşmənçilik hərəkətləri cavabsız
qalmayacaq və Rusiyanın xarici iqtisadi strategiyası hazırlanarkən nəzərə
alınacaq.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici
İşlər Nazirliyinin ABŞ-ın bu ölkəyə qarşı son sanksiyaları ilə bağlı
bəyanatında deyilir.
Vurğulanıb ki, ABŞ-ın hazırkı administrasiyasının
bütövlükdə yerli enerji sektoruna və bir sıra iri şirkətlərə qarşı yeni məhdudlaşdırıcı
tədbirlər, o cümlədən onların rəhbərliyinə, habelə Rusiya Energetika
Nazirliyinin rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etmək qərarı, prezident
Cozef Baydenin vəzifəsinin başa çatması ərəfəsində qlobal bazarların sabitliyini
pozmaq riski bahasına olsa belə, Rusiya iqtisadiyyatına ən azı müəyyən zərər
vurmaq cəhdini əks etdirir:
“Təbii ki, Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız
qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq”.
tag: ABŞ, Rusiya,Xəbərdarlıq,XİN, Vaşinqton, todaypress.az,