“Rusiya ABŞ-nin daxili işlərinə qarışmır” - Peskov

Dünya

16.07.2024 12:07

1195

“Rusiya heç vaxt ABŞ-də daxili siyasi proseslərə qarışmayıb və qarışmaq niyyətində deyil”.

TodayPress xəbər verir ki, bunu “Zvezda” telekanalına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O, qeyd edib ki, Rusiya bütün dünya ölkələri kimi, ABŞ-də baş verənləri çox diqqətlə izləyir:

“Birləşmiş Ştatlar həm də müdafiə sahəsinə bütün digər ölkələrlə müqayisədə daha çox pul xərcləyən ən güclü hərbi ölkədir. O həm də dünyanın ən böyük iqtisadiyyatına sahibdir”.  

Qeyd edək ki, bundan əvvəl “The American Conservative” nəşri Qərbin Ukraynada vəziyyətin gərginləşməsinə yönəlmiş siyasətinin Rusiya ilə ABŞ arasında birbaşa toqquşmaya səbəb ola biləcəyini açıqlayıb.  

Günəş Mərd

tag: Rusiya, Prezident, Amerika, Ukrayna, ABŞ, todaypress.az,