Rusiya ABŞ-ni Koreyada xaos yaratmaqda günahlandırdı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin Koreya yarımadasında xaos yaratmaq və regionu Yaxın Şərqə çevirmək planlarının olduğunu deyib.
TodayPress xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında ABŞ-nin Koreya yarımadası ilə bağlı siyasətini dəyərləndirib. O, ABŞ və Cənubi Koreyanın nüvə silahı ilə bağlı ortaq planlar qurduğunu bildirib.
Zaxarova: "Bu, təkcə Şimali Koreyadan gələn təhdidlərə qarşı mübarizə aparmaqla məhdudlaşmır, həm də Rusiya və Çinin strateji baxımdan qarşısını almağı hədəfləyir. Nüvə silahının istifadəsi ilə geosiyasi silahlı münaqişə ssenariləri üzərində işləmək vəziyyəti daha da gərginləşdirir, sülh və sabitliyi pozur və bölgəni nüvə fəlakətinə sürükləyir” deyə vurğulayıb.
ABŞ-nin Koreya yarımadasına qarşı aqressiv siyasət yürütdüyünü bildirən Zaxarova, “ABŞ bölgədəki vəziyyəti alt-üst etmək, xaos yaratmaq, bölgəni Yaxın Şərqə çevirmək məqsədi
NATO-nun baş katibi Stoltenberqin “NATO ölkələri nüvə silahı başlıqlarının istifadəyə hazırlanması ilə bağlı məsləhətləşmələrə başlayıb” ifadəsini dəyərləndirən Zaxarova bunun Avropanın təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb.
"Bu məsələ ilə bağlı tələblərimiz dəyişməyib. Bunlara Amerikanın bütün nüvə silahlarının Avropadan çıxarılması və bu silahların yerləşdirilməsi üçün infrastrukturun ləğvi daxildir" deyə Zaxarova bildirib.
GÜNEL
tag: Rusiya, Şimali Koreya, Mariya Zaxarova, ABŞ, todaypress.az,