Rusiya ABŞ ilə danışıqlara hazır olduğunu bildirdi

Dünya

25.09.2024 17:15

Dövlət Dumasının deputatı Aleksey Çepa bildirib ki, Rusiya öz təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş danışıqlarda və razılaşmalarda iştirak etməkdə maraqlıdır. 

TodayPress “Lenta.ru”ya istinadən xəbər verir ki, o, ABŞ-nin Strateji Silahların Azaldılması üzrə yeni müqavilə (START) üzrə danışıqları bərpa etməyə hazır olması barədə bəyanatına belə cavab verib.

“Bu gün Rusiya ilə ABŞ arasında münasibətlər aşağı səviyyədədir. Bu, daha çox ABŞ-nin müvafiq razılaşmalardan çıxması ilə bağlıdır. Ona görə də hesab edirəm ki, biz Rusiyanın təhlükəsizliyini təmin etmək üçün, o cümlədən yeni START müqaviləsi çərçivəsində danışıqlarda iştirak etməliyik” deyə siyasətçi bildirib.

Onun fikrincə, Moskva istər münaqişələrin həlli, istərsə də sazişlərin bağlanması üçün həmişə danışıqlara hazır olub.

“Münaqişəni biz başlatmamışıq, razılaşmalardan üz döndərməyin təşəbbüskarı da biz olmamışıq. Bizim strategiyamız hücum deyil, müdafiədir” deyə Çepa yekunlaşdırıb.

Töhfə Səməd

tag: Rusiya, ABŞ, Moskva, Münaqişə ,Aleksey Çepa ,todaypress.az,