Rusiya ABŞ-a xəbərdarlıq etdi
Dünya
25.09.2024 21:37
ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə
zərbə endirməyə icazə verərsə, onlar müharibəyə cəlb olunacaqlar.
TodayPress xəbər verir ki, bunu
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Verşinin deyib .
“Əgər ABŞ və müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə versələr, onlar ölkəmizə, o cümlədən nüvə dövlətinə qarşı hərbi əməliyyatların birbaşa iştirakçılarına çevriləcəklər” diplomat qeyd edib.
Verşinin vurğulayıb ki, həm Kreml nümayəndələri, həm də Rusiya prezidenti Volodimir Putin özü bununla bağlı çıxışlar ediblər.
Sentyabrın 12-də Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verilməsi NATO-nun birbaşa hərbi əməliyyatlara cəlb olunması deməkdir. O, Qərbin mümkün qərarının “münaqişənin bütün xarakterini” dəyişdirəcəyini vurğulayıb.
Aynur TAC
tag: Rusiya, ABŞ, Ukrayna, XİN,Müharibə, todaypress.az,