Rusiya 95 rus hərbçisini Ukrayna əsirliyindən geri qaytardı

Dünya

19.10.2024 01:09

2247

Rusiya Ukrayna əsirliyindən 95 hərbçini geri qaytarıb.

 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildiirlib ki, hazırda onlar Belarus ərazisindədirlər. Onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı verilir.

 

Bundan sonra bütün hərbi qulluqçular müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcək.


Daha əvvəl Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri tərəfindən Kursk vilayətində əsir götürülən 103 rus əsgərinin əsirlikdən qayıtması ilə bağlı kadrları dərc edilmişdi.

tag: Rusiya, Ukrayna,Hərbi Əsir, Müdafiə Nazirliyi, todaypress.az,