Rusiya 3 ölkə ilə uçuşları bərpa edəcək

Dünya

07.06.2024 10:09

Rusiyada İndoneziya, Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə birbaşa uçuşların bərpası məsələsi müzakirə olunur. 

TodayPress xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko bildirib. 

Rusiya aviaşirkətləri həmçinin İordaniya və Küveytə uçuşlar açmağı planlaşdırır. O, Rusiyanın səyahət coğrafiyasının genişləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Çernışenko qeyd edib ki, hazırda Rusiya 38 ölkə ilə birbaşa beynəlxalq uçuşlar həyata keçirir. 

Günəş Mərd

tag: Rusiya, Dünya, Uçuş, Səudiyyə Ərəbistan, todaypress.az,