Rusiya "240 GLANASS" peykini orbitə çıxaracaq

Dünya

22.04.2025 15:35

7

2030-cu ildə Roskosmos Qlobal Naviqasiya Sisteminin (GLANASS) 240 aşağı orbitli kosmik gəmisinin buraxılmasına başlamağı planlaşdırır.   

TodayPress xəbər verir ki, bu barədə dövlət korporasiyasının avtomatik kosmik komplekslər, xüsusi və ikiməqsədli sistemlər departamentinin rəhbəri İvan Revnivıx məlumat yayıb. 

Rəhbərin Moskvada keçirilən Beynəlxalq Naviqasiya Forumunda verdiyi təqdimatda ilk iki nümayiş peykinin buraxılışının 2030-cu ildə baş tutacağı bildirilib.

Materialda müvafiq kosmik gəminin 800 kilometr yüksəklikdə Yerə yaxın orbitə çıxarılmasının planlaşdırıldığı və belə bir qrupun yerləşdirilməsinin "GLONASS"ın səthinin 10 faiz artırılmasını təmin edəcəyi qeyd edilib. 

Töhfə Səməd

tag: Rusiya,240 GLANASS,Peyk,Orbit,Todaypress.az,