Rus pilotların olduğu helikopter qəzaya uğradı, ölənlər var

Dünya

28.09.2024 16:21

Pakistanda göyərtəsində 14 nəfər rusiyalı pilotun olduğu helikopter qəzaya uğrayıb. Nəticədə azı 6 nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” informasiya yayıb. 

İlkin məlumatlara əsasən, helikopterin göyərtəsində 14 nəfər olub. Agentlik qeyd edib ki, səkkiz nəfər sağ qala bilib. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər. 

Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.

Töhfə Səməd

tag: Pakistan, Agentlik ,Qəza ,Hadisə, Helikopter ,todaypress.az,