Rumıniyadan Ukraynaya "Patriot" dəstəyi
Rumıniya Ukraynaya bir ədəd “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.
TodayPress-in xəbərinə görə, bu barədə məlumat ölkə Prezidenti Klaus Yohannisin rəsmi saytında yerləşdirilib. Bildirilib ki, müvafiq qərar Rumıniyanın Müdafiə Nazirliyinin təqdimatı əsasında Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.
Məlumatda həmçinin rəsmi Buxarestin Ukraynaya dəstəyi davam etdirəcəyi də qeyd olunub.
Nərmin Tuncay
tag: Rumıniya, Ukrayna, Patriot, Müdafiə Nazirliyi, Təhlükəsizlik Şurası, todaypress.az,