Rumıniyadan Aİ və NATO-nun üzünə sillə

Dünya

25.11.2024 18:52

Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunun nəticələrinə görə rusiyayönümlü namizəd Kalin Qeorçesku liderdir. 

TodayPress xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Rumıniyada prezident seçkilərində Kiyev rejiminə maliyyə dəstəyinə son qoymaq istəyən sülh tərəfdarı, Avropa İttifaqı və Şimali Atlantika Alyansı əleyhinə namizəd irəli sürülüb. Bu, Aİ və NATO-nun üzünə sillədir” siyasətçi yazıb.  

Qeyd edək ki, Moskva ilə ittifaqın tərəfdarı olan və Amerikanın Ukraynaya silah satışını tənqid edən Qeorçesku, səslərin 99,4 faizinin hesablanmasından sonra 22 faiz səs toplayıb. İkinci yerdə seçicilərin 20 faizi səslə ölkənin hazırkı Baş naziri Marsel Çiolakudur. Üçüncü yerdə 19 faizdən bir qədər az səslə mühafizəkar-liberal İslahatçılar Partiyasının namizədi elena Laskoni qərarlaşıb.

Günəş Mərd

tag: Rumıniya, Prezident, Avropa İttifaqı, Ukrayna, Moskva, todaypress.az,