Rumıniyada seçkilərin ləğvi Trampla əlaqədardır?

Dünya

10.12.2024 15:50

1334

“Rumıniyada keçirilən seçkilərin ikinci turu avropalı siyasətçilərin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında özünə daha bir dəstəkçi tapacağından qorxması səbəbindən ləğv edilib”.

TodayPress xəbər verir ki, bu fikri professor Natalya Xaritonova “RİA” şərhində bildirib.

“Kelin Corceskunun birinci turda qələbəsi çoxlarına təsir göstərdi. Üstəlik, bu həm NATO, həm Aİ, həm də Moldovanın liderlərinə aiddir” deyə politoloq qeyd edib.

Xaritonovanın sözlərinə görə, Corcesku ilk növbədə Rumıniyanın maraqlarına yönəlmiş sərt millətçidir. Bundan başqa, birinci turda qalib gələn namizədi ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedi və jurnalist Taker Karlson kimi məşhur Tramp tərəfdarları da dəstəkləyib.

Qeyd edək ki, Rumıniyanın Konstitusiya Məhkəməsi ABŞ Dövlət Departamentinin etdiyi xəbərdarlıqdan sonra dekabrın 6-da prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Bu qərar seçkilərdəki lider namizəd olan Kelin Corceskunun rusiyayönlü mövqeyi ilə bağlı mübahisələr fonunda qəbul edilib. 

Məlumata görə, onun Rusiya ilə yaxın əlaqələrə üstünlük verməsi və Qərbin siyasətinə tənqidi yanaşması seçki kampaniyasının əsas diqqət mərkəzində olub. Corceskunun qalib gəlmə ehtimalı Rumıniyanın qərbyönümlü siyasətinə təhdid kimi qiymətləndirilirdi.

O, prezident seçkilərinin birinci turunda 22,94% səs toplayıb.

Töhfə Səməd

tag: Rumınya, Seçki, Diqqət, Ləğv, todaypress.az,