Rumıniyada prezident seçkilərinin nəticələri ləğv edildi
Dünya
06.12.2024 23:15
Rumıniyanın Konstitusiya Məhkəməsi
ölkədə keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə
“TASS” agentliyi məlumat yayıb.
“Seçki prosesinin düzgünlüyünü və legitimliyini təmin
etmək üçün Rumıniya Konstitusiya Məhkəməsi yekdilliklə Rumıniyada bütün
prezident seçkiləri prosesini ləğv etmək qərarına gəlib” məhkəmə qərarında
bildirib.
Məlumata görə, seçki lövhəsi tamamilə təmizlənəcək, yəni siyasətçilər seçkiqabağı təşviqat aparmalı olacaqlar və bundan sonra yeni seçki keçiriləcək.
Aynur TAC
tag: Rumınya, Prezident, Seçki, Ləğv, Məhkəmə, todaypress.az,