Rumıniyada parlament seçkiləri keçirilir

Dünya

01.12.2024 11:55

Hazırda Rumıniyada parlament seçkiləri keçirilir.

TodayPress xəbər verir ki, bu barədə “Hot News” portalı məlumat yayıb.

Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayıb. Seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) bağlanacaq.

Seçkilərin keçirilməsi üçün 8 968 məntəqə açılıb, xaricdə isə 950 səsvermə məntəqəsi mövcuddur. Ümumilikdə 18 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.

"İndiyə qədər 170 078 rumıniyalı səs verib ki, bu da 2020-ci il parlament seçkilərinin sayından təxminən iki dəfə çoxdur" nəşr bildirib.

Parlamentə seçkilərin nəticələrinə görə, ümumi namizədlərdən 137 senator və 322 deputat seçiləcək. Seçkilərə 50 siyasi blok və partiya buraxılıb. Olar parlamentə daxil olmaq üçün minimum 5 %-lik baryeri keçməlidirlər.

tag: Rumıniya,Səsvermə,Parlament,Senator,todaypress.az,