Rumıniyada 5,2 maqnitudalı zəlzələ oldu

Dünya

17.09.2024 08:34

Rumıniyanın Vranca seysmik zonasında 5,2 maqnitudalı zəlzələ olub.

TodayPress xarici KİV-lərə istinadən xəbər verir ki, mənbəyi 140 km dərinlikdə yerləşən zəlzələ ölkənin bir çox yerində, həmçinin, Bolqarıstan, Moldova və Ukraynada hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bu, 2024-cü ildə Rumıniyada qeydə alınan ən güclü zəlzələdir.

tag: Rumınya, Zəlzələ,Ekologiya, Ukrayna,todaypress.az,