Rumıniya Seuldan 939 milyon dollar dəyərində silah alacaq

Dünya

10.07.2024 11:05

Cənubi Koreya Rumıniya ilə təxminən 1,3 trilyon von (939 milyon ABŞ dolları) dəyərində böyük silah partiyası satmaq üçün müqavilə bağlayıb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Sənədə əsasən, Cənubi Koreyanın “Hanwha Aerospace” Rumıniyaya silah və sursat ixrac edəcək. Rumıniya tərəfi əsasən 54 “K-9” özüyeriyən haubitsa və 36 zirehli maşın alacaq.

Məlumata görə, bu, Rumıniyanın son 7 ildə ən böyük silah alqı-satqısı müqaviləsidir.

Cənubi Koreya artıq bir neçə ölkəyə, o cümlədən Avstraliya, Misir, Hindistan, Norveç, Polşa, Türkiyə, Finlandiya və Estoniyaya özüyeriyən haubitsalar tədarük edib.

tag: Rumıniya, Seul, Cənubi Koreya, Silahlar,Finlandiya, todaypress.az,