Rumıniya Rostovdakı konsulluğunu bağlayır

Dünya

09.10.2024 22:51

Rumıniya Rusiyanın Rostov-Don şəhərindəki Baş Konsulluğunun fəaliyyətini dayandırır.

 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, artıq Rusiyanın Xarici İşlər Nazirliyi sözügedən diplomatik nümayəndəliyin oktyabrın 14-dən etibarən bağlanacağı barədə məlumatlıdır.

 

tag: Rumınya, Rusiya, Rostov-Don, Baş Konsulluq, XİN, todaypress.az,