Rumıniya Rostovdakı Baş Konsulluğunu bağlayır

Dünya

09.10.2024 17:55

1191

Rumıniya Rusiya tərəfini Rostovdakı konsulluğunun fəaliyyətini dayandırması barədə rəsmi məlumat verib. 

TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Rumıniya tərəfdən rəsmi bildiriş alınıb və ona əsasən, Rumıniyanın Rostovdakı Baş Konsulluğu oktyabrın 14-də fəaliyyətini dayandıracaq” deyə o, qeyd edib.

Töhfə Səməd

tag: Rumıniya ,Rusiya,Rostov,Baş Konsulluq,Mariya Zaxarova,todaypress.az,