Rumıniya quraqlığa görə məhdudiyyətlər tətbiq edir
Dünya
24.07.2024 05:00
Rumıniyada quraqlıq hökm
sürür.
TodayPress xəbər verir
ki, ölkənin 450 yaşayış məntəqəsində, o cümlədən Dorohoi, Tarqu Neamt, Tarqu
Okna, Roman, Paskani, Hirlau və İaşi şəhərlərində su təchizatında məhdudiyyətlər
tətbiq edilib. Mərkəzi su təchizatının olmayan 251 yaşayış məntəqəsində quyular
quruyub. Quraqlıqdan ən çox əziyyət çəkən rayonlar Botoşani, İaşi, Alba və Qorj
olub.
Rumıniyanın Çernavoda atom
elektrik stansiyasında su təchizatında heç bir problem yaranmayıb.
“Rumıniya suları” milli administrasiyasının nümayəndələri əhalini suyu, xüsusən də içməli suyu rasional istifadə etməyə çağırırlar.
tag: Rumıniya, Quraqlıq, Su, Çernova, todaypress.az,