Rumıniya müxalifəti prezident seçkilərinin ikinci turunun ləğvini tələb edir
Dünya
12.01.2025 18:00
Rumıniyanın paytaxtı Buxarestdə müxalif Rumınların "Birləşməsi Alyansı" (AUR) partiyasının üzvləri və tərəfdarları prezident seçkilərinin ikinci turunun ləğv edilməsinə etiraz olaraq kütləvi aksiya keçiriblər.
TodayPress xəbər verir ki, müxalifət siyasətçiləri sosial şəbəkələrdə Universitet meydanından canlı yayımlar ediblər.
Yerli telekanallar Universitet meydanına 2,5 minə yaxın insanın toplaşdığını və mitinq iştirakçılarının sayının artmaqda davam etdiyini bildirir.
AUR lideri Ceorci Simion mediaya nümayişçilərin Viktoriya meydanına yürüş etməyi və yerli vaxtla saat 23:00-a qədər orada qalmağı planlaşdırdıqlarını bildirib. O, əlavə edib ki, ən azı 50 min nəfərin iştirakı gözlənilir.
“Bizim əsas tələbimiz prezident seçkilərinin ikinci turunun keçirilməsi və Klaus İohannisin istefasıdır” deyə siyasətçi bildirib.
tag: Rumıniya,Buxarest,Birləşməsi Alyansı,Seçki,Prezident,todaypress.az,