Rumıniya Moldovadakı yeganə limanı satın alacaq

Dünya

28.08.2024 15:32

Rumıniya Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Moldovanın yeganə dəniz ticarət logistika mərkəzi olan “Giurgiuleşti” limanının satın alınmasını müzakirə edir.

TodayPress xəbər verir ki, bu barədə “Newsmaker” məlumat yayıb.

“Qeyd etməliyik ki, “Giurgiuleşti”də iki liman strukturu mövcuddur. Birincisi beynəlxalq azad limandır ki, bu, AYİB-ə məxsusdur. Digər isə dövlətə məxsus olan dövlət limanıdır” deyə məlumatda bildirilib. Rumıniya limanın beynəlxalq hissəsini almaq niyyətindədir. 

AYİB həmçinin Türkiyə, Niderland və Danimarka ilə limanın satışı üzrə danışıqlar aparır. Xatırladaq ki, “Giurgiuleşti” Moldovada Qara dənizə çıxışı olan yeganə limandır.

Töhfə Səməd

tag: Moldova, Rumıniya, Liman, Türkiyə, Niderland, todaypress.az,