Rumıniya Belarusun ATƏT PA-da iştirakından imtina etdi

Dünya

15.06.2024 20:44

Rumıniya Belarusun ATƏT Parlament Assambleyasının sessiyasında iştirakına icazə verməkdən imtina edib.

TodayPress RİA Novosti-ə istinadla xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyanat yayıb. Bəyanatda: “Rumıniya təkcə Rusiyanın deyil, Belarusun da ATƏT Parlament Assambleyasının sessiyasında iştirakına icazə verməmək qərarına gəlib” deyə bildirib.

Xatırladaq ki,  iyunun 14-də Rumıniyanın Rusiya nümayəndə heyətinə viza verməkdən imtina etib. Rumıniya Xarici İşlər Nazirliyinin notasına əsasən, “ Ukraynaya qarşı təcavüz ” səbəbindən bütün nümayəndələrə ölkəyə giriş qadağan edilib.

GÜNEL

tag: Ruminiya, Belarus, Ukrayna, ATƏT PA, todaypress.az,