Rubio etiraf etdi: "ABŞ Ukrayna məsələsindən "üz döndərir"
"ABŞ administrasiyası Ukrayna böhranının həllində irəliləyişin yetərli olmadığına qərar verərsə, diqqətini digər prioritetlərə yönəldəcək".
TodayPress xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “The Free Press”ə müsahibəsində deyib.
"Biz əlimizdən gələn hər şeyi etdik. Hökumətimizin ən yüksək səviyyələrində çoxlu səy və vaxt sərf etdik.
İrəli doğru yol olduğu müddətdə bunu etməyə davam edəcəyik. Əgər nə vaxtsa yerimizdə saydığımızı və kifayət qədər irəli getmədiyimizi görsək, başqa prioritetlərə keçməli ola bilərik.
Çünki dünyada çoxlu mühüm hadisələr baş verir” deyə o bildirib.
Töhfə Səməd
tag: Marko Rubio,ABŞ,Dövlət Katibi,Ukrayna,Todaypress.az,