Rubio: “Əsas prioritet atəşkəsdir”
ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmiyə zəng edərək Ukrayna münaqişəsinin nizamlanmasında Vaşinqtonun başlıca prioritetinin dərhal atəşkəs və döyüşlərin dayandırılması olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, telefon danışığı zamanı Rubio Birləşmiş Ştatların Rusiya-Ukrayna müharibəsinə dair mövqeyini bir daha təsdiqləyib:
“Əsas prioritetimiz döyüşlərin dayandırılması və dərhal atəşkəsin əldə olunmasıdır”.
Qiymət Mahir
tag: ABŞ,Marko Rubio,Böyük Britaniya,Devid Lemmi,todaypress.az,