Rsiyada tramvay toqquşması nəticəsində xəsarət alanların sayı 51-ə çatdı

Dünya

06.06.2024 08:01

Rusiyanın Kemerovo vilayətində iki tramvayın toqquşması nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb.

TodayPress Lenta.ru-ya istinadla xəbər verir ki, qəzanın ilkin səbəbi kimi tramvaylardan birində əyləc nasazlığı göstərilir.

Qeyd edək ki, bundan Bundan əvvəl Kuzbass üzrə İstintaq Komitəsinin İdarəsi Kemerovo şəhərinin Loqovaya şossesində tramvayın toqquşması nəticəsində xəsarət alanların sayının 30-a yaxın olduğunu və onlara tibbi yardım göstərildiyini bildirmişdi.

Faktla bağlı cinayət işi açılıb, hadisənin başvermə şəraiti araşdırılır.

tag: Rusiya, Tramvay, Xəsarət, Kuzbass, todaypress.az,