Rostovdakı istintaq təcridxanasının əməkdaşlarını girov götürən məhkumlar məhv edildi

Dünya

16.06.2024 18:27

Rostov vilayətindəki İstintaq Təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib.

 TodayPress xəbər verir ki, bu barədə Federal Cəzaların İcrası Xidmətinin mətbuat bürosu məlumat yayıb.

Məlumata görə, xüsusi əməliyyat zamanı cinayətkarlar zərərsizləşdirilib, girov götürülmüş əməkdaşlar heç bir xəsarət almadan sərbəst buraxılıblar.

Xatırladaq ki, Federal Cəzaların İcrası Xidməti Rusiyanın Rostov vilayətindəki istintaq təcridxanasında müttəhimlər nəzarətçini və əməliyyat işçisini girov götürdüyü ilə bağlı məlumat paylaşmışdı(azərtac).



tag: İstintaq təcridxanası, Məhkum, Girov, Rastov, todaypress.az,