Rostovda Ukraynanın PUA-ları zərərsizləşdirildi

Dünya

15.06.2024 11:00

Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları Rusiyanın Rostov vilayətinə hücum edib.

TodayPress-in xəbərinə görə, bu barədə video “ASTRA” teleqram kanalında paylaşılıb.

Vilayətin qubernatoru Vasili Qolubev bildirib ki, onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Nəticədə PUA-ların qalıqları vilayətin Kamensk-Şaxtinsk rayonundakı kimyəvi məhsullar istehsal edən müəssisələrdən birinin ərazisinə düşüb.

İnsan tələfatı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.

Nərmin Tuncay

tag: Rostov, Vasili Qolubev, PUA, Ukrayna, Rostov, todaypress.az,