Romada bütün tədbirlər ləğv edildi
Roma şəhərində aprelin 21-i və 22-si üçün planlaşdırılan bütün ictimai tədbirlər Roma Papası Fransiskin ölümü ilə əlaqədar ləğv edilib.
TodayPress xəbər verir ki, bu barədə Roma meriyasının məlumatında bildirilib.
"Müqəddəs atanın vəfatı ilə bağlı hörmət və kədər əlaməti olaraq bu gün və sabah üçün planlaşdırılan bütün ictimai tədbirlər ləğv edilib" məlumatda qeyd olunub.
Qeyd edək ki, matəm əlaməti olaraq Romada Kici hökumət sarayında da bayraqlar endirilib.
tag: İtaliya,Roma,Tədbir,Ləğv,Papa,Fransisk,Katolik,Ölüm,Todaypress.az,