Roma Ukraynaya əsgər göndərməkdən imtina etdi
Dünya
26.11.2024 12:53
İtaliyanın Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bir daha təsdiqləyib ki, Roma Ukraynada döyüşmək üçün bir dənə də əsgər göndərməyəcək.
TodayPress xəbər verir ki, bu barədə o, G7 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz Ukraynada döyüşmək üçün heç bir əsgər göndərməyəcəyik. Biz Kiyevə sadəcə siyasi və maddi yardıma dəstək olacağıq” deyə nazir qeyd edib.
Roma bundan əvvəl də bəyan etmişdi ki, İtaliya silahları Ukrayna ərazisindən kənarda istifadə edilə bilməz.
Töhfə Səməd
tag: İtaliya, Ukrayna, Kiyev, Silah,todaypress.az,