Roma Papasının halı pisləşdi
Dünya
22.12.2024 01:05
Roma Papası Fransisk ənənəvi bazar günü
xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində
görünməyəcək.
TodayPress Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinə
istinadən xəbər verir ki, o, soyuqladığı üçün dekabrın 22-i bazar günü Müqəddəs
Marfanın Evindən möminlərə xeyir-dua verəcək.
Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı
dəqiqləşdirilməyib.
Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam
olub.
tag: Roma Papası, Fransisk, Pyotr, Papa, Roma, todaypress.az,