Roma Papası Ukraynaya uzaqmənzilli silahların verilməsinə qarşı çıxdı

Dünya

14.09.2024 16:30

“Vatikan Ukraynaya uzaqmənzilli silahların verilməsinə və Rusiya ilə münaqişədə istifadəsinə qarşıdır”. 

TodayPress xəbər verir ki, bunu Papa Fransisklə ünsiyyətdə olan Ümumdünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.

“Roma Papası Fransisk Ukraynaya istənilən uzaqmənzilli silahların tədarükünə qarşıdır və hesab edir ki, bu, gərginliyi daha da artıracaq. Bu, həm Ukraynada, həm də Rusiyada dinc əhalinin ölümünə səbəb olacaq. Roma Papası Ukrayna və Rusiya arasında danışıqlar prosesinin dərhal başlamasını təklif edir” deyə o, bildirib.

Töhfə Səməd

tag: Vatikan, Ukrayna ,Uzaqmənzilli Silahlar, Rusiya, Fransisk, todaypress.az,