Roma Papası süni intellektlə bağlı xəbərdarlıq etdi
Dünya
15.06.2024 10:20
Böyük Yeddiliyin (G7) zirvə görüşünə dəvət edilən Roma Papası süni intellektlə bağlı xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, pontifik bildirib ki, süni intellekt bəşəriyyət üçün radikal dəyişiklikdir. Onun sayəsində biliklərin əlçatanlığı təmin olunur. Lakin bu texnologiyaya elə nəzarət edilməlidir ki, insan həyatı və ləyaqətinə təhlükə yaranmasın.
Dini lider süni intellektdən təyinatı üzrə istifadəyə çağırıb.
tag: Roma Papası, İntellekt, Lider, Dini,Xəbərdarlıq, todaypress.az,