Roma Papası sülh çağırışı etdi

Dünya

01.07.2024 16:39

Müqəddəs Pyotr meydanında çıxış edən Roma Papası Fransisk Qəzza, Ukrayna və digər münaqişələrdən danışaraq, tez bir zamanda sülhün bərqərar edilməsini arzu edib.

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Roma Katolik Kilsəsinin rəhbəri Ukraynada hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlara başlamağa çağırıb.

Fransisk həmçinin, aclıq risklərinin artması, iqlim dəyişikliyi təhlükəsi və miqrantların vəziyyətinə də diqqət çəkib. 

Töhfə Səmədova

tag: Roma Papası, Fransisk, Qəzza, Ukrayna, todaypress.az,