Roma Papası Qəzzada sülhün əldə edilməsi üçün çağırış etdi

Dünya

01.09.2024 16:45

740

Roma Papası Fransisk Qəzzada müharibənin daha geniş vüsət alması riskindən narahat olduğunu açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Papa Fransisk danışıqları dayandırmamağa və dərhal atəşkəsi əldə etməyə çağırıb.  O, bildirib ki, girovlar dərhal azad edilməlidir.

Papa əlavə edib ki, Qəzzada əhali xilas edilməlidir, çünki hazırda orada bir çox xəstəliklər yayılmaqdadır.

Töhfə Səməd

tag: Roma,Papa Fransisk,Qəzza, Böhran, İnsanlar,Atəşkəs,todaypress.az,