Roma Papası müharibə edən ölkələrə vasitəçilik təklif etdi

Dünya

14.05.2025 20:30

9

Roma Papası XIV Leo dünyada müharibə aparan ölkələrin liderlərinə danışıqlara başlamağı və silahları susdurmağı təklif edib. 

TodayPress xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.

Papa Şərqin 23 Xristian Kilsəsinin nümayəndələri ilə görüşündə bildirib ki, Müqəddəs Taxt-tac (Vatikan) qarşıdurma tərəflərinə görüşmək, bir-birinin gözünə baxmaq və sülhü yenidən kəşf etmək üçün mövcuddur.

Papa müharibədə olan ölkələrin rəhbərlərini danışıqlara çağıraraq, xalqların ümid və ləyaqətinə yenidən qovuşmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, yeni Papa Roma Katolik Kilsəsinin kardinalları tərəfindən mayın 7-də seçilib.

Türkan İsgəndərli

tag: Roma,Papa,Müharibə,Leo,todaypress.az,