Roma Papası ikinci cəhddə də seçilmədi
Vatikan kardinalları səsvermənin iki turunda yeni papa seçə bilməyiblər.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Sikstin kapellasının bacasından çıxan qara tüstü səsvermənin nəticəsiz olduğunu göstərib. Növbəti səsvermənin günortadan sonra keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Pontifik seçkilərində ümumilikdə 133 kardinal iştirak edir.
Türkan İsgəndərli
tag: Roma,Papa,Konklav,Seçki,Todaypress.az,