“Roche” ABŞ-yə 50 milyard dollar sərmayə yatıracaq

Dünya

22.04.2025 18:15

10

İsveçrənin “Roche” əczaçılıq kompaniyası növbəti beş il ərzində ABŞ-dəki biznesinə 50 milyard dollaradək sərmayə yatırmağı planlaşdırır. 

TodayPress xəbər verir ki, kompaniyadan verilən məlumata görə, vəsait artıq mövcud olan sahələrə yatırılacaq, lakin yeni istehsal müəssisələrinin inşası da nəzərdə tutulub. 

Kompaniyanın rəqibi “Novartis” iki həftə əvvəl ABŞ biznesinə milyardlarla dollar sərmayə qoyduğunu elan edib. 

“Roche” kompaniyasının investisiya planlarına əsasən, ABŞ-də 12 mindən çox yeni iş yerinin yaradılması gözlənilir.

Əczaçılıq şirkətinin özündə təxminən min nəfər, yeni istehsal güclərini dəstəkləmək üçün isə 11 min nəfər işlə təmin olunacaq. Hazırda kompaniyanın ABŞ-də 25 mindən çox işçisi var.   

tag: Roche,ABŞ,Sərmaye,Milyard,Todaypress.az,